14 
Okt
2021
21:12
147
29
6196
Virtual karabakh

PSJ Mbappeyə əvəzləyici tapıb

14 Okt, 2021
21:12
6196

PSJ Mbappeyə əvəzləyici tapıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ-də hücumçu Kilian Mbappenin komandanı tərk edəcəyi təqdirdə onun yerini tutacaq potensial namizədin adına aydınlıq gəlib.

Yayılan məlumatlara görə, komanda rəhbərliyi fransalının yerinə Dortmund “Borussiya”sının forvardı Erlinq Holandın transferini prioritet variant kimi dəyərləndirir.

Artıq 21 yaşlı norveçlinin agenti Mino Royalo ilə danışıqlara başlanılıb. İddialara görə, Paris klubu futbolçuya illik məvacibi 38-42 milyon avro olmaqla, 2+1 formatlı saziş təklif edib.

Mənbə: “Foot Mercato”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri