15 
Okt
2021
12:26
103
15
3293
Virtual karabakh

Braziliya Uruqvayı darmadağın etdi, Argentinadan minimal hesablı qələbə - VİDEO

15 Okt, 2021
12:26
3293

Braziliya Uruqvayı darmadağın etdi, Argentinadan minimal hesablı qələbə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Braziliya futbolçuları 2022 Dünya çempionatının seçmə mərhələsi çərçivəsində evdə Uruqvaya 4:1 hesabı ilə qalib gəliblər.

Braziliyanın heyətində Neymar (11-ci dəqiqədə), Rafinya (19, 59-cu dəqiqələrdə) və Qabriel Barbosa (85-ci dəqiqədə) fərqlənməyi bacarıb.

Uruqvayın yeganə qolunu isə oyunun 77-ci dəqiqəsində Luis Suarez vurub.

Argentina millisi isə Peru üzərində minimal hesabla qələbə qazanıb. Oyunda yeganə qola Lautaro Martines imza atıb. Lionel Messi sözügedən oyunda 90 dəqiqə meydanda olub.

Turnir cədvəlində ilk pillədə 31 xalla Braziliya millisi qərarlaşıb.

Argentinalılar 25 xal toplayaraq ikinci yeri tutur.

Ekvador millisi isə 17 xalla ilk üçlüyü qapayır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri