16 
Okt
2021
01:15
210
27
4721
Virtual karabakh

Messi millinin matçından 18 saat sonra özünü PSJ-nin oyununa çatdırdı – FOTO

Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatının təsnifat mərhələsi çərçivəsində oktyabrın 14-dən 15-nə keçən gecə baş tutmuş Argentina – Peru oyununda 90 dəqiqə meydanda olan Lionel Messi, deyəsən qətiyyən yorulmayıb.

Belə ki, Bakı vaxtilə saat 05.30 radələrində başa çatan qarşılaşmadan dərhal sonra o, Fransaya uçaraq özünü bu gecə saat 23.00-da start götürən PSJ - “Anje” oyununa çatdırıb.

Argentinalı komandasının Fransa çempionatındakı növbəti matçını “Park de Prens”də əyləşərək izləyib.

Messinin millinin oyunundan 18 saat sonra PSJ-nin matçına çatdırması diqqətdən yayınmayıb.

Qeyd edək ki, sözügedən görüş 2:1 hesabı ilə PSJ-nin xeyrinə başa çatıb. 

Mənbə: Sports.ru

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri