16 
Okt
2021
17:36
353
45
3735
Virtual karabakh

Türkiyə klubunun baş məşqçisi: “Azərbaycan millisinə dəvət olunsam, qaçaraq gələrəm” - VİDEO

16 Okt, 2021
17:36
3735

Türkiyə klubunun baş məşqçisi: “Azərbaycan millisinə dəvət olunsam, qaçaraq gələrəm” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dilimiz, mədəniyyətimiz, dinimiz birdir. Azərbaycan milli komandasının baş məşqçilik postuna dəvət olunaramsa, qaçaraq gələrəm”. 

Oxu.Az xəbər verir ki, bu fikirləri Türkiyə Super Liqasında mübarizə aparan “Kasımpaşa” klubunun baş məşqçisi Cihat Arslan “Türkiyədən futbol” verilişinin qonağı olarkən açıqlayıb. 

Mütəxəssis əlavə edib ki, bu, seçim məsələsidir:

“İlk növbədə bu işə cavabdehlər qərar verməlidir. Bilirsiniz, ötən illərdə bir çox türkiyəli məşqçilər Azərbaycanda çalışdı. Bəlkə də uyğunlaşmaya görə uğurlu nəticələr qazana bilmədilər. Ancaq bizimlə bərabər yüksələn yeni nəsil məşqçilər var ki, biz daha duyğu dolu yanaşarıq bu məsələyə. İki ölkənin qan, bayraq bağı birdir. Bütün sahələrdə uğurlu əməkdaşlıqlar mövcuddur, futbolda niyə olmasın?”, – deyə Cihat Arslan əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri