16 
Okt
2021
23:28
163
18
5390
Virtual karabakh

Salahın şedevr qolu, “Mançester Yunayed” səfərdə məğlub oldu, “İnter” - “Latsio” oyununda dörd qol - VİDEO

2022-ci il Dünya çempionatının seçmə mərhələsinin oyunlarının yekunlaşması ilə Avropanın klub çempionatlarında növbəti turun mərkəz oyunları keçirilib.

İngiltərə Premyer Liqasında səkkizinci turun oyunları keçirilib.

“Liverpul” “Uotford” ilə qarşılaşıb.

"Mersisaydlılar" görüşdə 5:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Liverpul” hazırda turnir cədvəlində 18 xalla ikincidir.

“Uotford” - “Liverpul” - 0:5

Qollar: Mane, 9, Firmino, 37, 52, 90+1, Salah, 54

“Mançester Yunayted” bu turda “Lester” ilə qarşılaşıb.

“Qırmızı şeytanlar” 2:4 hesabı ilə uduzub. “Mançester Yunayted” turnir cədvəlində 14 xalla beşinci sıradadır.

“Lester” – “Mançester Yunayted” - 4:2

Qollar: Telmans, 31, Söyüncü, 78, Vardi, 83, Daka, 90+1 - Qrinvud, 19, Reşford, 82

“Mançester Siti” isə “Bernli” ilə üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Mançester Siti” turnir cədvəlində 17 xalla ikinci sıradadır.

“Mançester Siti” – “Bernli” - 2:0

Qollar: Silva, 12, De Brüyne, 70

“Çels” isə bu turda “Brentford”un qonağı olub.

Oyun “zadəganlar”ın minimal hesablı qələbəsi ilə bitib.

“Çelsi” bu qələbədən sonra 19 xalla çempionatın lideridir.

“Brentford” - “Çelsi” – 0:1

Bencamin Ceyms, 45+1

İtaliya A Seriyasında səkkizinci turun oyunları keçirilib.

“İnter” bu turda “Latsio” ilə qarşılaşıb. Milan təmsilçisi 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “İnter” hazırda turnir cədvəlində 17 xalla üçüncü, “Latsio” isə 14 xalla 5-cidir.

“Latsio” – “İnter” - 3:1

Qol: Perişiç, 12 pen (0:1), İmmobile, 64 pen (1:1), Anderson, 81 (2:1), Saviç, 90+1 (3:1)

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri