17 
Okt
2021
02:01
269
19
2010
Virtual karabakh

Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb

17 Okt, 2021
02:01
2010

Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin birinci günündə cüdoçularımız 2 medal qazanıblar.

Azərbaycan medal qazanan ölkələr arasında bu nəticə ilə ikinci sırada qərarlaşıb. Yaponiya (4 qızıl, 1 gümüş medal) birinci, İsrail (1 qızıl medal) üçüncü pillədədir.

Qeyd edək ki, cüdoçumuz Balabəy Ağayev (60 kq) “Böyük dəbilqə” turnirinin qalibi olub. Digər təmsilçimiz Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.

Oktyabrın 17-dək davam edəcək turnirdə Azərbaycanı 9 cüdoçu təmsil edir. Yarışda 46 ölkədən 283 cüdoçu iştirak edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri