17 
Okt
2021
21:42
245
19
4253
Virtual karabakh

“Bayern” səkkiz dəqiqəyə dörd qol vurub liderliyə yüksəldi - VİDEO

17 Okt, 2021
21:42
4253

“Bayern” səkkiz dəqiqəyə dörd qol vurub liderliyə yüksəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya “Bundesliqa”sının növbəti turu çərçivəsində Münhen “Bayern”i Leverkuzendə yerli “Bayer”in qonağı olub.

Matç bir sıra əlamətdar hadisələrlə yadda qalıb.

Oyunda ilk qol 3-cü dəqiqədə Levandovski tərəfindən vurulub.

30-cu dəqiqədən başlayaraq münhenlilər 8 dəqiqəyə 4 qol vurub.

Levandovski (30), Müller (34) və Qnabri (35, 37) fərqlənib.

“Bayern” “Bundesliqa” tarixində ilk dəfə olaraq səfər matçının ilk hissəsini 5 top irəlidə olmaqla başa vurub.

İkinci hissədə isə ev sahibi yalnız bu qollardan birinin əvəzini çıxıb.

Beləliklə də, 5:1-lik səfər darmadağınından sonra Münhen klubu çempionatda liderliyə yüksəlib.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri