18 
Okt
2021
21:53
137
37
1465
Virtual karabakh

Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim başlayıb - FOTO

18 Okt, 2021
21:53
1465

Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim başlayıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Olimpiya Stadionunun iclas zalında Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər və hakim köməkçilərinin, həmçinin Birinci Divizion qarşılaşmalarına təyinat alan bəzi referilərin iştirakı ilə təlimə start verilib.

Bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, FIFA-nın təlimatçısı Valentin İvanov ZOOM platforması üzərindən təlimə qoşularaq VAR (Video köməkçi hakim) protokolunun tətbiqi sahəsində hakimləri məlumatlandırıb. Oyunlardan videogörüntülər nümayiş etdirilərək VAR-ın hansı epizodlarda, hansı qayda pozuntularında və nə zaman müdaxilə etməli olduğunu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

İki gün davam edəcək təlimdə İvanov və AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik VAR protokolu barədə ədalət təmsilçilərinin suallarını cavablandıracaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri