20 
Okt
2021
01:13
67
163
7186
Virtual karabakh

ÇL: “Beşiktaş” darmadağın oldu, PSJ-dən çətin, “Real” və “Ayaks”dan asan qələbə - YENİLƏNİB+VİDEO

20 Okt, 2021
01:13
7186

ÇL: “Beşiktaş” darmadağın oldu, PSJ-dən çətin, “Real” və “Ayaks”dan asan qələbə - YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 matçı baş tutub.

A qrupunda PSJ öz meydanında “Leyptsiq” üz-üzə gəlib. Beş qolun qeydə alındığı görüşdə Paris təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Meydan sahiblərinin heyətində qollardan birini Mbappe, ikisini isə Lionel Messi vurub.

Oyun gününün ən maraqlı qarşılaşmalarından biri B qrupunda keçirilib. “Liverpul” İspaniyada “Atletiko”ya qalib gəlib – 3:2.

Qrupun digər oyununda “Milan” səfərdə “Portu”ya minimal hesabla uduzub.

C qrupunda “Ayaks” “Borussiya”nın daşını daş üstə qoymayıb – 4:0.

D qrupunda turnirin sürpriz komandası Moldova “Şerif”i İtaliyada “İnter”lə qarşılaşıb. İlk 2 görüşdə maksimum nəticəyə imza atan Tiraspol təmsilçisi bu dəfə məğlub olub – 3:1.

Digər oyunda “Real Madrid” Ukraynada “Şaxtyor”un qapısından 5 cavabsız top keçirib.

Çempionlar Liqası, qrup mərhələsi
III tur
19 oktyabr

A qrupu
“Brügge” (Belçika) – “Mançester Siti” (İngiltərə) – 1:5
Qollar:
 Hans Vanaken, 81 - Joau Kanselu, 30, Riyad Mahrez, 43 (penalti), Kayl Uoker, 53, Koul Palmer, 67

PSJ (Fransa) – “Leyptsiq” (Almaniya) – 3:2
Qollar:
 Kilian Mbappe, 9, Lionel Messi, 67; 74 (pen.) – Andre Silva, 28, Nordi Mukiele, 57

B qrupu
“Portu” (Portuqaliya) – “Milan” (İtaliya) – 1:0
Qol:
 Luis Dias, 65

“Atletiko” (Madrid, İspaniya) – “Liverpul” (İngiltərə) – 2:3
Qollar:
 Antuan Qrizmann, 20; 34 - Məhəmməd Salah, 8; 78 (pen.), Nabi Keyta, 13

C qrupu
“Beşiktaş” (Türkiyə) – “Sportinq” (Portuqaliya) – 1:4
Qollar:
 Kayl Larin, 24 - Sebastyan Koates, 15; 27, Pablo Sarabia, 44 (penalti), Paulinyo, 89

“Ayaks” (Niderland) – “Borussiya” (Dortmund, Almaniya) – 4:0
Qollar:
 Marko Roys, 11 (avtoqol), Deyli Blind, 25, Antoni Santus, 57, Sebastyen Allye, 72

D qrupu
“İnter” (İtaliya) – “Şerif” (Moldova) – 3:1
Qollar:
 Edin Ceko, 34, Arturo Vidal, 58, Stefan De Vrey, 67 - Sebastyen Till, 52

“Şaxtyor” (Donetsk, Ukrayna) – “Real Madrid” (İspaniya) - 0:5
Qollar:
 Sergey Krivtsov, 38 (avtoqol), Vinisius Junior, 51; 56, Rodriqo, 65, Kərim Benzema, 90+1

23:00

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start verilib.

Artıq ilk oyun gününün iki matçı yekunlaşıb.

A qrupunda “Mançester Siti” Belçikada “Brügge”ni darmadağın edib - 5:1. “Şəhərlilər”in heyətində Joao Kanselu, Kayl Uoker və Koul Palmer hərəyə bir qol vurubsa, Riyad Mahrez dublla yadda qalıb. Meydan sahiblərindən isə Hans Vanaken fərqlənib.

C qrupunda isə “Beşiktaş” Türkiyədə Portuqaliya “Sportinq”i ilə üz-üzə gəlib. Görüş İstanbul təmsilçisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qarşılşmada hesabı 15-ci dəqiqədə Sebastyan Koates açıb. 24-cü dəqiqədə Kayl Larin tarazlığı bərpa etsə də, meydan sahiblərinin sevinci cəmi 3 dəqiqə çəkib. Koates dubl etməklə “Beşiktaş”ı ikinci dəfə meydanın mərkəzinə dəvət edib. 44-cü dəqiqədə penaltidən fərqlənən Pablo Sarabiya 3-cü qolu “qara qartallar”ın qapısından keçirib. Oyunda son nöqtəni isə 89-cu dəqiqədə Paulinyo qoyub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri