20 
Okt
2021
14:12
168
23
3199
Virtual karabakh

Qurban Qurbanov Respublika stadionunun ot örtüyündən DANIŞDI - VİDEO

“Həmişə həmkarlarıma hörmətlə yanaşmışam. “Kayrat”ın baş məşqçisi Kurban Berdıyevin uğurlu karyerası olub. Çempionlar Liqasında və Avropa Liqasında yaxşı nəticələr qazanıb. Onun hansısa oyuna məsuliyyətsiz yanaşdığını görməmişəm”.

Bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcəkləri Qazaxıstanın “Kayrat” komandasının baş məşqçisi Kurban Berdıyev haqqında danışarkən deyib.

49 yaşlı mütəxəssis Bakıdakı qarşılaşmanın Berdıyev üçün çox vacib olduğunu söyləyib:

“Qarşımızda çox təcrübəli və bacarıqlı baş məşqçi olacaq. Oyunun gedişatında müxtəlif rotasiyalar edə bilər. Biz də bütün bunlara qarşı diqqətli olmalı və öz oyunumuzu qurmalıyıq”.

Qurbanov Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün durumu haqqında da danışıb:

“Meydançanın durumu pis deyil. Amma tam formalaşmayıb və ot tam olaraq torpağa bərkiməyib. Bəzi yerlərdə problemlər var idi. Buna baxmayaraq ümumi gedişat mənim üçün yaxşıdır. Ot örtüyünü bu səviyyəyə gətirib çıxartmaq yaxşıdır. Lakin meydança tam hazır deyil. Bu oyundan sonra meydanı bərpa etmək üçün xeyli vaxt lazım olacaq. Bu gün məşqimizi burada keçirsəydik, meydan daha çox yüklənəcəkdi”.

Təcrübəli baş məşqçi 15 oyun məğlub olmamaları ilə bağlı fikirlərini bölüşüb:

“Mənim narahat olduğum məqamlardan biri elə budur. Bir tərəfdən bu statistikaya sevinirəm. Komanda haqqında xoş sözlər deyilir. İstər-istəməz psixoloji zərbələr futbolçulara təsir edir. Bəzən belə seriya olanda düşünürlər ki, komanda nə vaxt məğlub olacaq? Mən heç istəmərəm ki, bu oyunlarda belə hal yaşansın. Çox istəyərəm ki, məğlubiyyətsizlik haqqında yazılar daha az olsun. Biz deyə bilərik ki, bu, bizə təsir etməyəcək. Belə nəticələr digər tərəfdən komandaya inam və ümid verir. Biz uğurlu nəticələr əldə etmək istəyiriksə, 15 oyunluq məğlubiyyətsizlik seriyasını unutmalı və qarşıdakı görüşə köklənməliyik”.

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kayrat” oyunu saat 20:45-də başlanacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri