20 
Okt
2021
18:18
161
13
2104
Virtual karabakh

“Lokomotiv”in baş məşqçisi: “Fatih Terim çox hiyləgər mütəxəssisdir”

20 Okt, 2021
18:18
2104

“Lokomotiv”in baş məşqçisi: “Fatih Terim çox hiyləgər mütəxəssisdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın “Lokomotiv” klubunun baş məşqçisi Markus Gisdol “Qalatasaray”ın baş məşqçisi barədə danışarkən qeyd edib ki, Fatih Terim taktika baxımından çox hiyləgərdir və onu hətta tülkü adlandırmaq da olar.

“Sabah bizi nələrin gözlədiyinin fərqindəyik. Təbii ki, bu rəqibə qarşı xüsusi hazırlaşırıq. Baş məşqçi Fatih Terimi tanıyırıq, onunla şəxsən görüşmək şansım olub. Çalışıdırdığı klubda onun dəsti-xəttini görmək olur. Bu, taktiki cəhətdən nizam-intizamlı bir komandadır, cinahlarda çox sürətli oyunçular var, hücuma çox təhlükəli çıxırlar, pressinqdən çıxma bacarıqları yüksəkdir”, - deyə almaniyalı mütəxəssis qeyd edib.

Xatırladaq ki, “Lokomotiv” – “Qalatasaray” oyunu sabah, oktyabrın 21-də keçiriləcək.

Mənbə: "Rsport"

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri