21 
Okt
2021
22:42
941
87
17302
Virtual karabakh

“Qarabağ” “Kayrat”la oyunda əzmkarcasına qələbə qazanıb - YENİLƏNİB + VİDEO

21 Okt, 2021
22:42
17302

“Qarabağ” “Kayrat”la oyunda əzmkarcasına qələbə qazanıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ” doğma meydanda “Kayrat”ı məğlub edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda start götürən oyunda "Kayrat" hesabı açıb. Qonaq klubun qolunu 19-cu dəqiqədə onbir metrlik cərimə zərbəsindən Jose Kante vurub. Matçın 79-cu dəqiqəsində Ramil Şeydayev hesabı bərabərləşdirməyə nail olub. Görüşün 90+1-ci dəqiqəsində Abbas Hüseynov komandasının ikinci qolunu vuraraq "Qarabağ"ı hesabda irəli keçirib.

“Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) - 2:1 

Qol: Kante, 19-pen. (0:1), Ramil Şeydayev, 79 (1:1), Abbas Hüseynov, 90+1 (2:1)

Beləliklə, 2:1 hesabı ilə qələbə qazanan "Qarabağ" xallarının sayını 7-ə çatdırıb, "Kayrat"ın isə 1 xalı var. 

Qeyd edək ki, H qrupunun digər oyununda Kipr "Omoniya"sı İsveçrədə "Bazel"in qonağı olacaq. Matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. 

22:35

"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda növbəti qol vurulub. 

90+1-ci dəqiqədə Ağdam təmsilçisi hesabı öz xeyirinə dəyişib - 2:1. 

"Köhlən-atlar"ın heyətində Abbas Hüseynovun zərbəsi dəqiq alınıb.

22:27

"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda ikinci qol vurulub.

79-cu dəqiqədə Ağdam təmsilçisi hesabı bərabərləşdirib. 

Ramil Şeydayev tarazlığı bərpa edib. 

21:53

“Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda ikinci hissə başlayıb.

Hazırda qonaqlar 1:0 hesabı ilə öndədir. 

Almatı təmsilçisinin heyətində Joze Kante 19-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib. 

21:35

“Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda ilk hissə başa çatıb. 

Qonaqlar fasiləyə 1:0 hesabı ilə öndə yollanıb. 

Almatı təmsilçisinin heyətində Joze Kante 19-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.

21:07

"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb. 

Görüşdəki ilk qolu qonaqlar vurub - 1:0

19-cu dəqiqədə Joze Kante penaltini dəqiq yerinə yetirib. 

20:46

"Qarabağ" və Qazaxıstanın "Kayrat" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunu start götürüb.

Görüşü ukraynalı FIFA referisi Yevgeni Aranovskinin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

19:32

UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Bakıda üz-üzə gələcək “Qarabağ” və Qazaxıstanın “Kayrat” klublarının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, Komandalar meydana aşağıdakı “11-lik”lə çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Baş məşqçi: Qurban Qurbanov

“Kayrat”: 1. Pokatilov, 4. Alip, 11. Voroqovski, 15. Baqnak, 16. Rikardo Alves, 18. Kante, 20. Duqaliç, 22. Kosoviç, 24. Mikanoviç, 25. Joao Paulo, 33. Polyakov

Baş məşqçi: Kurban Berdıyev

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq “Qarabağ” – “Kayrat” matçı saat 20:45-də başlanacaq.

10:20

Bu gün “Qarabağ” UEFA Konfrans Liqasının qrup mərhələsində üçüncü oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda H qrupundakı 3-cü sınağında Qazaxıstanın “Kayrat” komandasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də başlayacaq. Oyunu ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

Ağdam təmsilçisinin heyətində 3 futbolçu - Xayme Romero, Bədavi Hüseynov və Elvin Cəfərquliyev zədə səbəbindən görüşü buraxacaqlar. Qonaqlarda isə komandanın bombardiri Artur Şuşenaçev və Kamo Ohanesyan meydana çıxmayacaqlar. Şuşenaçev zədəyə görə oynamayacaqsa, erməni müdafiəçi öz istəyi ilə Bakıya gətirilməyib.

Hazırda “Qarabağ” 4 xalla H qrupuna liderlik edir. Bir xalı olan “Kayrat” isə 3-cü pillədə qərarlaşıb. Bu qrupun digər oyununda Kiprin "Omoniya" klubu İsveçrədə "Bazel" komandasının qonağı olacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri