21 
Okt
2021
11:24
450
67
7738
Virtual karabakh

Rəsul Çunayev üçüncü dəfə ali məktəbə qəbul oldu - FOTO

21 Okt, 2021
11:24
7738

Rəsul Çunayev üçüncü dəfə ali məktəbə qəbul oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Güləş üzrə dünya və Avropa çempionu Rəsul Çunayev növbəti ali təhsilini alacaq.

Oxu.Az xəbər verir ki, tanınmış idmançı Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Bu barədə o, özünün şəxsi “Instagram” hesabında yazıb: 

“Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var. Əgər Vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də, bir millətin gələcəyidir.

İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç bir vaxt gec deyil. Siz də mənim kimi sonradan peşman olmayasınız deyə, verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir”.

Qeyd edək ki, R.Çunayev bundan öncə AzDBTİA və BDU-da ali təhsil alıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri