21 
Okt
2021
23:54
497
33
11464
Virtual karabakh

“Qarabağ”ın futbolçusunun qələbə qolundan sonra ağlamasının səbəbi bəlli olub

21 Okt, 2021
23:54
11464

“Qarabağ”ın futbolçusunun qələbə qolundan sonra ağlamasının səbəbi bəlli olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın futbolçusu Abbas Hüseynovun Bakıda Qazaxıstan “Kayrat”ına qarşı UEFA Konfrans Liqasının qrup oyununda qələbə qolunu vurduqdan sonra ağlamasının səbəbi bəlli olub.

Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında 26 yaşlı müdafiəçinin 2 gün öncə dünyasını dəyişmiş nənəsinə görə gözyaşlarını saxlaya bilmədiyini söyləyib.

Klub rəsmisi bildirib ki, Hüseynov qarşılaşmadan öncə fərqlənəcəyinə və qolu nənəsinə həsr edəcəyinə söz verib.

Qeyd edək ki, “Qarabağ” – “Kayrat” görüşü “köhlən atlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abbas Hüseynov oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə qələbə topunu rəqib qapısından keçirib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri