22 
Okt
2021
15:48
189
21
1471
Virtual karabakh

Avropa çempionatı: İki boksçumuzun medalının rəngi bilindi

22 Okt, 2021
15:48
1471

Avropa çempionatı: İki boksçumuzun medalının rəngi bilindi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 2 boksçusu Monteneqronun Budva şəhərində gənclər arasında Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Federasiyadan Oxu.Az-a verilən məlumata görə, finala vəsiqə uğrunda Nicat Hüseynov və Kamil Babayev qüvvəsini sınayıb.

51 kq-da mübarizə aparan Hüseynov üçüncü sınağında rusiyalı Ruslan Pirovla üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə yekunlaşıb. 54 kq-dakı Babayev isə gürcüstanlı Giorgi Sacaya ilə dueldən məğlub ayrılıb.

Nəticədə hər iki boksçu Avropa çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri