22 
Okt
2021
17:24
102
31
2152
Virtual karabakh

Azərbaycanlı futbol hakimi Avropada karantinə alındı

22 Okt, 2021
17:24
2152

Azərbaycanlı futbol hakimi Avropada karantinə alındı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı futbol hakimi Zeynal Zeynalov koronavirusa yoluxub.

Bununla bağlı AFFA məlumat yayıb. 

Bildirilib ki, Zeynal Zeynalov UEFA Avropa Konfrans Liqasının dünən keçirilmiş “Yablonets” (Çexiya) – “Ranners” (Danimarka) qarşılaşmasında yan xətt hakimi funksiyasını yerinə yetirməli idi.

Lakin onun oyunöncəsi COVID-19 testi pozitiv nəticələndiyi üçün dördüncü hakim funksiyası yerinə yetirməli olan Elçin Məsiyev qarşılaşmada yan xətt hakimi kimi fəaliyyət göstərib.

Matçın dördüncü hakimi isə çexiyalı Yan Petrik olub.

Əliyar Ağayev, Akif Əmirəli və Elçin Məsiyev oktyabrın 23-də Bakıya dönəcək. Zeynal Zeynalov isə bir neçə gün Çexiyada karantin rejimində qalacaq.

Qeyd edək ki, bu matçın 90-cı dəqiqəsində Əliyar Ağayevin təyin etdiyi penalti sayəsində qonaq komanda “Raners” məğlubiyyətdən xilas olub. Görüş 2:2 hesabı ilə başa çatıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri