23 
Okt
2021
16:44
187
33
3752
Virtual karabakh

Azərbaycanlı “Lord” hakimlərə etiraz olaraq rinqi tərk etdi - VİDEO

23 Okt, 2021
16:44
3752

Azərbaycanlı “Lord” hakimlərə etiraz olaraq rinqi tərk etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kikboksinq üzrə İtaliyanın Yezolo şəhərində keçirilən dünya çempionatı başa çatıb.

Oxu.Az-ın xəbərinə görə, peşəkar kikboksinqdə “Lord” ləqəbi ilə tanınan Ramal Aslanov finalda uduzaraq ardıcıl ikinci dəfə dünya çempionu ola bilməyib və gümüş medalla kifayətlənib.

O, finalda türkiyəli Nazım Hikmətə üçüncü raundda 1:2 hesabı ilə uduzub. Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti olan Ramalın son saniyələrdə vurduğu zərbə xal kimi nəzərə alınmadığından, idmançımız məğlubiyyəti qəbul etməyib. O, hakimlərə etiraz edərək rinqi tərk edib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 9 kikboksçusu medal qazanıb.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri