23 
Okt
2021
17:08
309
15
3224
Virtual karabakh

Azərbaycanlı futbolçu Ankara klubuna qələbə qazandırdı - VİDEO

23 Okt, 2021
17:08
3224

Azərbaycanlı futbolçu Ankara klubuna qələbə qazandırdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə I divizionunda mübarizə aparan “Keçiörəngücü” klubu bu gün Ankarada “İstanbulspor”u qəbul edib. 

Oxu.Az xəbər verir ki, qarşılaşmada azarkeşlər 5 qolun şahidi olub. 

Oyunda 3:2 hesabı ilə meydan sahibləri qələbə qazanıb. “Keçiörəngücü”nün qələbə qolunu azərbaycanlı futbolçu Vüsal İsgəndərli vurub. 

61-ci dəqiqədə meydana daxil olan Vüsal İsgəndərli oyunun əsas vaxtına əlavə edilmiş 7-ci dəqiqədə fərqlənib. Bu onun Türkiyədə vurduğu ikinci qoldur. Daha əvvəl Vüsal yeni komandasının çempionatda qazandığı ilk qələbəsi (28 avqustda “Adanaspor”u 2:0 məğlub etdikləri görüşün 52-ci dəqiqəsində fərqlənmişdi) zamanı qol vurmuşdu.

Bu qələbə ilə “Keçiörəngücü” turnir cədvəlinin sonuncu pilləsindən xilas olub. Hazırda Ankara klubu 7 xalla 18-ci sıradadır.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri