23 
Okt
2021
17:56
78
88
3575
Virtual karabakh

“Zadəganlar” autsayderi meydana çıxmağa peşman etdi - VİDEO

23 Okt, 2021
17:56
3575

“Zadəganlar” autsayderi meydana çıxmağa peşman etdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Çelsi” və “Norviç” klubları üz-üzə gəlib. 

Oxu.Az xəbər verir ki, keçirdiyi səkkiz oyundan sonra 19 xal toplayan və ilk pillədə qərarlaşan “zadəganlar” bu qarşılaşmada iki xalla sonuncu yerdə olan “Norviç”ə heç bir şans verməyib: 7-0. 

“Çelsi”nin heyətində Maunt(8, 85, 90+1), Hadson-Odoi (18), Ceyms (42), Çiluell (57) fərqlənib. 62-ci dəqiqədə “Norviç”in heyətində Aarons avtoqola imza atıb. 

Bundan başqa, 65-ci dəqiqədə qonaqların heyətində Gibson ikinci sarı vərəqə alaraq, meydandan qovulub. 

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri