23 
Okt
2021
20:51
214
48
4139
Virtual karabakh

“Neftçi”dən əzmkar qələbə - FOTO/VİDEO

23 Okt, 2021
20:51
4139

“Neftçi”dən əzmkar qələbə - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, “Neftçi” “Bakcell Arena”da “Zirə”ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb – 2:1.

Matçdan öncə koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlu anılıb, stadionun tablolarında onun həyat yolundan bəhs edən sujet nümayiş olunub. Görüş isə bir dəqiqəlik sükutla başlayıb.

Bundan başqa, “Neftçi”də 100-cü oyununa çıxan qapıçı Aqil Məmmədov mükafatlandırılıb. 32 yaşlı qolkiperə mükafatı flaqmanın prezidenti Kamran Quliyev təqdim edib.

Oyuna gəlincə, hesab erkən qolla açılıb. 6-cı dəqiqədə Ağabala Ramazanov qonaqları önə keçirib. 39-cu dəqiqədə Sezar Meza Kolli “ağ-qaralar”ın bərabərlik qoluna imza atıb. Oyunda son nöqtəni isə 84-cü dəqiqədə Mirabdulla Abbasov qoyub.

Bu qələbədən sonra xallarını 17-yə çatdıran “Neftçi” 2-ci pillədəki mövqeyini qoruyub. 12 xalı olan “Zirə” isə 3-cü sırada qalıb.

Qeyd edək ki, günün ilk qarşılamasında “Sabah” evdə “Sumqayıt”a 3:1 hesabı ilə qalib gəlib. Turun digər 2 matçı oktyabrın 24-ü və 25-də gerçəkləşəcək.

Müvafiq olaraq, “Qəbələ” səfərdə “Keşlə”, “Qarabağ” isə “Səbail” ilə üz-üzə gələcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri