24 
Okt
2021
06:33
480
30
5108
Virtual karabakh

Ronaldu: “Ağızlarını yumub qələbə qazanmağa davam edəcəm”

24 Okt, 2021
06:33
5108

Ronaldu: “Ağızlarını yumub qələbə qazanmağa davam edəcəm”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mançester Yunayted”in portuqaliyalı ulduzu Kriştianu Ronaldu ünvanına səsləndirilən tənqidlərə cavab verib.

“Komandaya müdafiədə nə zaman yardım lazım olduğunu bilirəm. Mənim klubdakı rolum isə qələbədir, komandaya qollar vurmağa yardım etmək. Ancaq müdafiə də mənim işimin bir hissəsidir.

Bəzi insanlar var ki, bunu görmək istəmirlər, çünki mən onların xoşuna gəlmirəm, düzünü desəm, 36 yaşım var, hər şeyi qazanıram. Buna görə də barəmdə pis şeylər danışanlara görə narahat olacağammı? Gecələr rahat yatıram, vicdanım rahatdır. Hər şeyə baxmayaraq, onların ağızlarını yumub, qazanmağa davam edəcəm. Tənqid hər zaman işin bir parçasıdır. Məni bu narahat etmir”, - deyə Ronaldu bildirib.

Mənbə: Championat.com

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri