24 
Okt
2021
00:16
416
15
3239
Virtual karabakh

Azərbaycanlı qız güləşçi Finlandiya çempionu oldu - FOTO

24 Okt, 2021
00:16
3239

Azərbaycanlı qız güləşçi Finlandiya çempionu oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Finlandiyanın Porvo şəhərində bu gün keçirilən sərbəst güləş üzrə Finlandiya çempionatında U-15 (15 yaşınadək idmançıların) mübarizəsində 11 yaşındakı azərbaycanlı Sura Mirac Abbassoy da iştirak edib.

Oxu.Az-a verilən məlumata görə, 39 kq çəki dərəcəsində mübarizə aparan Abbassoy dörd görüş keçirib.

İki rəqibinə tuşe (rəqibin kürəyini güləş xalçasına vurub qalib gəlmək), bir rəqibinə tam üstünlüklə (rəqiblə arasında 10 xal fərqi ilə təmiz üstünlük sayılır) və 4-cü rəqibinə isə 8:4 hesabı ilə qalib gələrək ölkə çempionatının qızıl medalını əldə edib.

Qeyd edək ki, 17-18 oktyabr tarixlərində İsveçin Umea şəhərində keçirilən Avropa çempionatında da Sura ikinci yerə çıxıb. Onu da bildirək ki, idmançının atası Ruzi Abbassoy da Helsinkinin HPM klubunda məşqçidir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri