25 
Okt
2021
16:44
143
13
2053
Virtual karabakh

Kikboksinq millimizin dünya çempionatındakı yeri bəlli oldu

25 Okt, 2021
16:44
2053

Kikboksinq millimizin dünya çempionatındakı yeri bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Yezolo şəhərində keçirilmiş kikboksinq üzrə dünya çempionatında milli komandamızın “low kick” versiyası üzrə tutduğu yer bəlli olub.

Oxu.Az xəbər verir ki, millimiz 65 ölkə arasında 5-ci pillədə qərarlaşıb.

Azərbaycandan qabaqda Serbiya, Rusiya, Xorvatiya və Türkiyə mövqe tutub.

Xatırladaq ki, “low kick” versiyası üzrə Anar Məmmədov (-57 kq) çempion olub. Qəşəm Məmmədov (-67 kq), Rəhim Əliyev (-71 kq), Ramal Aslanov (-75 kq) gümüş medalla kifayətlənib, Elcan Alikişiyev (-81 kq) isə bürünc medala yiyələnib.

Qeyd edək ki, ümumilikdə kikboksinq millimiz dünya çempionatında 10 medal (2 qızıl, 4 gümüş və 4 bürünc medal) qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri