25 
Okt
2021
19:50
122
40
1150
Virtual karabakh

Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyi mükafatlandırıldı – FOTO

21-22 oktyabr tarixlərində Kiprin Larnaka şəhərində Avropa Atıcılıq Konfederasiyasının XXVIII Baş Assambleyası keçirilib.

Vladimir Lisin Avropa Atıcılıq Konfederasiyasındakı prezidentliyinin fəaliyyətinə yekun vuraraq, 2009-2021-ci illərdə Avropada atıcılıq idmanının inkişafına ən böyük töhfə vermiş milli federasiyaları, eləcə də onların nümayəndələrini mükafatlandırıb. 

Bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Atıcılıq Federasiyası “2009-2021-ci illər ərzində qonaqpərvərlik və Avropa yarışlarının mükəmməl təşkil olumasına görə” fəxri mükafatı ilə təltif edilib. Bu mükafatı təqdim edən Vladimir Lisin qeyd edib ki, Azərbaycan Avropanın dörd ölkəsindən (Fransa, Rusiya və İspaniya ilə yanaşı) biridir ki, bu ölkədə istənilən dərəcəli beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait və infrastruktur yaradılıb.

Azərbaycan Atıcılıq Federasiyasının prezidenti Vaqif Axundov Avropada atıcılıq idmanının inkişafındakı böyük xidmətlərinə görə “Fəxri Ulduz” ordeni ilə təltif edilib.

Federasiyanın baş katibi Emin Cəfərov Avropa yarışlarının ən yaxşı meneceri kimi “Fəxri Medal” ilə təltif edilib.

Mükafatlandırılma tədbirindən sonra Avropa Atıcılıq Konfederasiyasının prezidenti vəzifəsinə və digər vəzifələrə seçkilər keçirilib.

Avropa Atıcılıq Konfederasiyasının yeni prezidenti Aleksander Ratner seçilib. Emin Cəfərov isə növbəti dəfə həmin qurumun Texniki komitənin üzvü seçilib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri