26 
Okt
2021
10:38
198
9
1309
Virtual karabakh

Azərbaycanın üç boksçusu dünya çempionatında mübarizəyə başlayır

26 Okt, 2021
10:38
1309

Azərbaycanın üç boksçusu dünya çempionatında mübarizəyə başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında Azərbaycanın daha 3 boksçusu mübarizə aparacaq.

Oxu.Az-ın xəbərinə görə, dünən Ümid Rüstəmov (-57 kq) kubalı rəqibinə 0:3 uduzaraq mübarizəni dayandırıb.

-51 kq
1/16 final

Məsud Yusifzadə – Enxmandaq Xarxuu (Monqolustan)

-63,5 kq
1/32 final

Malik Həsənov – Xuan Reyes (Qvatemala)

-92 kq 
1/32 final

Rauf Rəhimov – Luis Vilyams (İngiltərə)

Qeyd edək ki, ilk dəfə 13 çəki dərəcəsində keçiriləcək dünya çempionatında 105 ölkədən 650 idmançı iştirak edir.

2,6 milyon ABŞ dolları mükafat fondu olan mundialda çempion 100 min dollar qazanacaq. İkinci yerin sahibi 50 min dollar, üçüncü pilləni tutacaq boksçu 25 min dollar mükafat alacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri