26 
Okt
2021
11:36
332
19
2167
Virtual karabakh

Polşa klubunun rəsmisi: “Bu gün ən yaxşı göstərici Mahir Emrelidədir”

26 Okt, 2021
11:36
2167

Polşa klubunun rəsmisi: “Bu gün ən yaxşı göstərici Mahir Emrelidədir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yayda 7 futbolçu ilə yeni müqavilə bağlamadıq, bunun sayəsində yeni transferlər üçün büdcə yarandı”.

Oxu.Az xəbər verir ki, bunu Polşanın “Leqiya” klubunun idman direktoru Radosvaf Kuxarski yeni baş məşqçi Marek Qovembyevskinin təqdimat mərasimində çıxış edərkən deyib.

Polşa klubunun rəsmisi sabiq çalışdırıcı Çesvaf Mixnyeviçin əməyini itirməməli olduqlarını bildirib. O, keçmiş baş məşqçinin xüsusən də, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin transferindəki rolunu vurğulayıb:

“Komandamızın heyətində vacib qolları Mahir Emreli vurdu. O, komandaya hücumda çox xeyir verir. Mixnyeviçin bu cür transferin reallaşmasında önəmli xidməti oldu. Mahir Emreli və Joel Abu Hanna yayda bizə ilk qoşulanlardan oldu. Bəziləri sənəd problemləri üzündən komandaya gec gəldi. Yəni ciddi itki ilə üzləşmədik, əvəzində daha yaxşılarını aldıq. Düzdür, bəzi oyunçularımız ötən mövsümdəki formalarından uzaqdır. Onlardan fərqli, bu gün ən yaxşı göstərici Ernest Muçi ilə Emrelidədir”.

Qeyd edək ki, avrokuboklarda qolları ilə seçilən Mahir Emreli Polşa çempionatındakı uğursuz çıxışına görə tənqid olunur. Hətta onun “Lex”lə oyun öncəsi keçirilən iclasa yatıb qaldığı üçün 45 dəqiqə gecikdiyi deyilir.

Onu da bildirək ki, Polşa çempionatında uğursuz çıxışa görə, “Leqiya” rəhbərliyi komandanı ötən mövsüm çempion etmiş Çesvaf Mixnyeviçlə yollarını ayırıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri