28 
Okt
2021
04:23
20
100
1563
Virtual karabakh

Tuxelin batil inancının üstü açıldı: Uğur gətirməsi üçün bəyənmədiyi ayaqqabısını geyinibmiş

28 Okt, 2021
04:23
1563

Tuxelin batil inancının üstü açıldı: Uğur gətirməsi üçün bəyənmədiyi ayaqqabısını geyinibmiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo baş məşqçi Tomas Tuxelin Çempionlar Liqası finalından əvvəl uğurlu ayaqqabılarını geyindiyini açıqlayıb.

“Tuxelin kiçik bir sirri var. Kimsə ona ayaqqabı hədiyyə edib və onu Çempionlar Liqası finalı vaxtı geyinməsini istəyib. Ancaq ayaqqabıları heç bəyənməyib. Oyundan əvvəl soyunub-geyinmə otağında bizə dedi ki, ayaqqabıları geyinməyə məcburdur, çünki söz verib. O dedi ki, bilmirəm neçə milyon insan məni bu ayaqqabılarda görəcək, ancaq birdən bizə qələbə qazanmağa kömək edər”.

Mənbə: AS

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri