27 
Okt
2021
13:32
201
40
5776
Virtual karabakh

Azərbaycanlı idmançının yüksək vəzifəyə namizədliyi irəli sürülüb

27 Okt, 2021
13:32
5776

Azərbaycanlı idmançının yüksək vəzifəyə namizədliyi irəli sürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın qadın karate millisinin üzvü İrina Zaretskaya Ümumdünya Karate Federasiyasının (WKF) Atletlər Komissiyasının üzvü seçilə bilər.

Oxu.Az-ın xəbərinə görə, namizədlərin təqdim olunması prosesi artıq başa çatıb.

Kata üzrə yaponiyalı Olimpiya və dünya çempionu Ryo Kiyuna və Yunanıstanın Avropa çempionu Vasiliki Panetsiduda dörd ildən ibarət olan üzvlük müddəti bitdiyindən, onların yerinə iki yeni üzv seçiləcək.

İtaliyalı keçmiş dünya və ikiqat Avropa çempionu Davide Benetellonun sədrlik etdiyi Komissiyanın yeni üzvlərinin seçkisində Dubayda keçiriləcək dünya çempionatında iştirak edəcək idmançılar səs verə biləcək.

Azərbaycan Milli Karate Federasiyası həmin yerə İrina Zaretskayanın namizədliyini təqdim edib. Ukrayna əsilli Olimpiya mükafatçısı və dünya çempionumuzun ingilis dili biliyi olduğundan, bu yerə ən münasib namizəd olub. 

Qeyd edək ki, hər ölkədən bir idmançı namizədliyini irəli sürə bilər. Nquyen Hoanq Nqan (Vyetnam), Antonio Dias (Venesuela) və Doqlas Brosun (Braziliya) üzvlük müddəti isə davam etdiyindən, onlar bu Komissiyada fəaliyyətlərini davam etdirəcəklər.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri