28 
Okt
2021
22:42
215
16
1714
Virtual karabakh

Azərbaycan idmançılarına Yaponiyanın fəxri ordeni təqdim edilib - FOTO

28 Okt, 2021
22:42
1714

Azərbaycan idmançılarına Yaponiyanın fəxri ordeni təqdim edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda tanınmış idmançıların Yaponiya hökumətinin “Gümüş şüalı gündoğar ordeni” ordeni ilə təltifolunma mərasimi keçirilib.

“Report” xəbər verir ki, Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi fəxri mükafatı “Kanokan TT” Peşəkar Cüdo klubunun prezidenti Tərlan Həsənova və həmin növ üzrə milli paralimpiya komandamızın sabiq baş məşqçisi Əhməddin Rəcəbliyə təqdim edib.

Mərasim zamanı səfir qeyd edib ki, bu nüfuzlu mükafatı Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi günlərində təqdim etmək, xüsusilə əlamətdardır: “Ordenlərin təqdim olunması azərbaycanlıların cüdo idman növünə töhfəsinin Yaponiya tərəfindən dəyərləndirildiyini göstərir. Azərbaycan idmançıları sözügedən ordenə 2016-cı ildən bu yana ikinci dəfədir layiq görülür”.

“Kanokan TT” klubunun prezidenti Tərlan Həsənov və qocaman idmançımız Əhməddin Rəcəbli də bu nüfuzlu mükafata görə təşəkkür ediblər.

Qeyd edək ki, “Gümüş şüalı gündoğar ordeni” ordeni ilə Yaponiya ilə əlaqələrin inkişafında müstəsna xidmətlərə görə əcnəbilər təltif olunur.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri