Noy
2021
21:25
956
55
14664
Virtual karabakh

“Qarabağ” səfərdə “Kayrat”a qalib gəlib qrup lideri oldu - YENİLƏNİB+FOTO/VİDEO

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” - “Qarabağ” matçı başa çatıb. 

Oxu.Az xəbər verir ki, görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb. 

Oyunda hesabı ağdamlılar açıb. İbrahima Vadci 58-ci dəqiqədə fərqlənib. 

Bundan 10 dəqiqə sonra "Kayrat" hesabı bərabərləşdirib. Kante 68-ci dəqiqədə status-kvonu bərpa edib. 

Meydan sahiblərinin bərabərlik sevinci 4 dəqiqə çəkib. Abdulla Zubir 72-ci dəqiqədə baxımlı qolla "Qarabağ"ı yenidən önə çıxarıb. 

Qarşılaşmada başqa qol olmayıb və "Qarabağ" qalib gəlib.

Bununla da 4 oyundan sonra 10 xalı olan Ağdam təmsilçisi bir oyun artıq olmaqla qrup liderliyinə yüksəlib. 

Ağdamlıların ilk iki yerdən birini tutması artıq bu gün rəsmiləşə bilər. Əgər “Bazel” “Omoniya”ya uduzmasa, Premyer Liqanın vitse-çempionu Azərbaycan futbolu tarixində ilki rəsmiləşdirərək qrupdan çıxacaq.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu noyabrın 25-də İsveçrədə “Bazel”ə qarşı keçirəcək.

Konfrans Liqası
H qrupu, IV tur
4 noyabr

“Kayrat” - “Qarabağ” - 1:2
Qollar:
 Joze Kante, 68 - İbrahima Vadji, 58, Abdullah Zubir, 72
Baş hakim: Dumitri Muntean (Moldova)

1

Qarabağ

4

3

1

0

8-3

10

2

Bazel

3

2

1

0

7-3

7

3

Kayrat

4

0

1

3

4-8

1

4

Omoniya

3

0

1

2

2-7

1

 

21:03

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” - “Qarabağ” matçında hesab növbəti dəfə dəyişib. 

Qarşılaşmanın 72-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ı növbəti dəfə hesabda önə keçirib. 

O, Andradenin ötürməsini baxımlı zərbə ilə qapıçının başı üzərindən tora qovuşdurub. 

20:58

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” - “Qarabağ” matçında hesab dəyişib. 

Qarşılaşmanın 68-ci dəqiqəsində Kante meydan sahiblərinin bərabərlik qolunu vurub. 

20:48

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutan “Kayrat” - “Qarabağ” matçında hesab açılıb. 

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 58-ci dəqiqəsində İbrahima Vadji “Qarabağ”ı hesabda önə keçirib.

O, öz reydini gözəl zərbə ilə məntiqi sonluğa çatdırıb.  

20:35

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ” səfərdə Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, oyunda ikinci hissə başlayıb.

Hazırda hesab açılmayıb. 

20:19

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ” səfərdə Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, oyunda ilk hissə başa çatıb. 

Qarşılaşmanın ilk 45 dəqiqəsi boyunca hər iki komandanın bir neçə şansı olsa da, qapılara qol vurulmayıb. 

19:30

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ” səfərdə Qazaxıstanın “Kayrat” komandası ilə qarşılaşır. 

Matç başlayıb, hazırda hesab açılmayıb. 

18:33

UEFA Konfrans Liqasının qrup mərhələsinin IV turunda baş tutacaq “Kayrat” - “Qarabağ” matçında hər iki komanda start heyətini açıqlayıb.

Tərəflər meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Kayrat”: 1. Stas Pokatilov, 4. Nuralı Alip, 6. Yatsek Quralski, 9. Vaqner Lav, 11. Yan Voroqovski, 13. Kamo Ohanesyan, 15. Frenki Banyak, 16. Rikardu Alveş, 18. Joze Kante, 20. Rade Duqaliç, 22. Neboyşa Kosoviç

Ehtiyat oyunçular: 30. Danil Ustimenko, 3. Sergey Keyler, 7. Quljikit Alıkulov, 8. Aybol Abiken, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 24. Dino Mikanoviç, 25. Joao Paulo, 28. Yerkebulan Seydaxmet, 29. Daniyar Usenov, 33. Denis Polyakov, 46. Arsen Burançiyev

Baş məşqçi: Kurban Berdıyev

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

11:34

“Qarabağ” bu gün Avropa Konfrans Liqasında növbəti oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin IV turu çərçivəsində Almatı şəhərində Qazaxıstanın “Kayrat” klubu ilə qarşılaşacaq.

İki həftə əvvəl Bakıda keçirilmiş və oyuna əlavə olunmuş dəqiqə qolu ilə 2:1 qələbə qazanmış “Qarabağ” matçın favoriti hesab edilir. Komandamızda Bədəvi Hüseynov və Xayme Romeronun oynamayacağı dəqiqdir. Hər iki futbolçu zədəlidir. Meydan sahiblərində isə dizində zədəsi olan Qafurcan Suyumbayev meydana çıxmayacaq.

Qrupun digər matçında İsveçrənin “Bazel” komandası qonaq qismində Kiprdə autsayder “Omoniya”nı sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Hazırda yalnız çox top vurduğu üçün qrupun lideri olan “Bazel”in xal itirməsi, “Qarabağ”ın qələbəsi və ya “Bazel”in uduzması və “Qarabağ”ın heç-heçəsi sayəsində Ağdam təmsilçisi qrupda liderliyi ələ alacaq.

Avropa Konfrans Liqası
H qrupu

19:30 Kayrat (Qazaxıstan) – Qarabağ (Azərbaycan)
Baş hakim: Dmitri Muntyan (Moldova)
Almatı. “Ortalık” stadionu

Turnir cədvəli

1. “Bazel” – 7

2. “Qarabağ” – 7

3. “Kayrat” – 1

4. “Omoniya” – 1

Qeyd edək ki, bu gün millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Leqiya” komandası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın Neapol şəhərində 0:3 uduzduğu “Napoli”ni qəbul edəcək. Polşanın paytaxtı Varşavada keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri