14 
Sen
2017
16:07
29
66
3948
Virtual karabakh

“Zirə” klubuna prezident təyin olundu

14 Sen, 2017
16:07
3948

“Zirə” klubuna prezident təyin olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubunun rəhbərliyində dəyişiklik edilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, klubdaxili məsləhətləşmələrin nəticəsi olaraq, Orxan Məmmədov fəxri prezident seçilib.

O.Məmmədov “Zirə”nin yaradılmasının əsas təşəbbüskarı olub. Buna qədər icraçı direktor vəzifəsində çalışan Natiq İsmayılov isə klubun prezidenti təyin olunub. İcraçı direktor vəzifəsini isə bundan sonra Cahangir Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, “Zirə” futbol klubu 2014-cü ildə təsis edilib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri