Noy
2021
16:32
26
260
5133
Virtual karabakh

Kramarenko: “Qızım Avropa çempionu olduqdan sonra federasiya prezidenti ona dedi ki, sən heç kimsən”

4 Noy, 2021
16:32
5133

Kramarenko: “Qızım Avropa çempionu olduqdan sonra federasiya prezidenti ona dedi ki, sən heç kimsən”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əzmkarlıq, məqsədyönlülük – bütün bunlar qızıma aiddir. Bir şey düz getməyəndə, qızım məşqçisi də daxil olmaqla, hamıya öz görünüşü ilə narazılığını göstərə bilər”.

Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin və Rusiyanın ÇSKA komandasının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko deyib.

O, Rusiyanın bədii gimnastika millisində çıxış edən qızı Lalə Kramarenkodan danışıb. Kramarenko yeniyetmələr üzrə üçqat dünya və üçqat Avropa çempionu olan Lalənin Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova ilə münasibəti barədə fikrini bildirib:

“Bunu heç kim bilmir. İrina Aleksandrovna ona şəxsi məşqçisini (Leysan Savitskayanı nəzərdə tutur) dəyişməyi təklif etmişdi, lakin Lalə yox dedi. Onun xarakterində bir çılğınlıq var. Qızım izah etdi ki, o, bu şəxslə idmanla məşğul olmağa başlayıb, bu da onunla sona qədər gedəcəyini göstərir. Laləni, demək olar ki, görmürəm, daim təlim-məşq toplanışında, yarışlarda olur. O müntəzəm olaraq gündə 8-9 saat məşq edir. Orada (Viner-Usmanova) çox sərtdir, hətta qəddar demək olar, amma nə etmək olar? Medal qazanmağın başqa yolu yoxdur.

Deməzdim ki, (bizim ailədə) Lalənin Olimpiadada iştirak etməməsinə ağrılı reaksiya verdilər. Ailəmiz və Lalə üçün ilk növbədə İrina Aleksandrovna ən güclü avtoritetdir. Baş məşqçi belə qərar veribsə, deməli, belə də olmalıdır. Baxmayaraq ki, çoxları Lalənin getməli olduğunu yazırdı. Hələ də nəticəyə görə məsuliyyət daşıyan peşəkarlar var. Heç kim bilmir ki, Lalə Olimpiadaya getsəydi, necə olacaqdı. Averina daha yetkindir və Lalənin Olimpiadada baş verən hakimliklə bağlı məsələyə necə reaksiya verəcəyi bəlli deyil. İndi Parisdəki Oyunlara üç il qalıb, biz təslim olmuruq.

Hər gün heç kim olmadığını eşitmək çətin olur. Lalə üçqat Avropa çempionu oldu, yeniyetmələr arasında üçqat dünya çempionu oldu. Zarafatla dedim ki, 16 yaşında əməkdar idman ustası olanda karyeranı bitirməlisən. Avropadakı uğurlu çıxışlardan birindən sonra ona neçə gün məzuniyyət verildiyini soruşdum. Qızım dedi ki, ata, sabah məşqə getməliyəm. Yəni axşam hava limanında onu qarşılayırıq və səhəri gün o, xoreoqrafiyada olmalıdır. Vinerin ilk sözləri belə oldu: “Qız, sən çempion oldun, amma bu, artıq tarixdir. Sən indi heç kimsən və səni çempion adlandırmırıq. Bəli, çətindir, amma bunun sayəsində Rusiya bədii gimnastikası 25 il ərzində bir nömrə sayılır”, - Kramarenko əlavə etdi.

Qeyd edək ki, vaxtı ilə Azərbaycan adından çıxış etmiş Lalə Kramarenko Tokio Olimpiadası və ötən ay Yaponiyada keçirilmiş dünya çempionatında olan Rusiya yığmasının heyətinə düşməyib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri