Noy
2021
00:04
716
53
12309
Virtual karabakh

Mahir qol vurdu, komandası darmadağın oldu – YENİLƏNİB+VİDEO

5 Noy, 2021
00:04
12309

Mahir qol vurdu, komandası darmadağın oldu – YENİLƏNİB+VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın heyətində Avropa Liqasında növbəti qolunu vurub.

Oxu.Az xəbər verir ki, 24 yaşlı forvard bu dəfə qrup mərhələsinin IV turunda “Napoli” ilə ev matçında fərqlənib.

Varşavada baş tutan qarşılaşmada start heyətində meydana çıxan Emreli 10-cu dəqiqədə cərimə meydanı daxilindən dəqiq zərbə ilə hesabı açıb.

Bu, həmyerlimizin qol həsrətinə son qoysa da, polşalıların xal alması üçün kifayət etməyib. Çünki ikinci hissədə Pyotr Zelinski (51-ci dəqiqə), Dris Mertens (75), İrvin Lozano (79) və Adam Unasın (90) qolları neapollulara 4:1 hesablı qələbə qazandırıb. Emreli isə 80-ci dəqiqədə əvəzlənib.

Bu qalibiyyətlə xallarının sayını 7-yə yüksəldən “Napoli” liderliyi rəqibdən alıb. Aktivində 6 xal olan “Legiya” isə hətta ikinci yeri də əldən vermək təhlükəsi ilə üzləşib.

22:02

UEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları davam edir.

Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Legiya” doğma meydanda “Napoli” ilə qarşılaşır.

Varşavada baş tutan matçda azarkeşlər erkən qola şahidlik ediblər. Belə ki, görüşün 10-cu dəqiqəsində “Legiya” hesabı açıb.

Qolu isə millimizin hücumçusu Mahir Emreli vurub.

Hazırda qarşılaşma “Legiya”nın hesab üstünlüyü ilə davam edir.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri