Noy
2021
20:52
145
19
2437
Virtual karabakh

Samir Abasov: “Qarabağ”la “Neftçi” arasında nəzərəçarpacaq fərqlər”

5 Noy, 2021
20:52
2437

Samir Abasov: “Qarabağ”la “Neftçi” arasında nəzərəçarpacaq fərqlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarşıdakı oyuna hazırlaşırıq. Başqa çıxış yolumuz yoxdur. İşimizi peşəkarlıqla yerinə yetirməyə çalışırıq. Son oyun üzücü idi. İşimiz komandanı həmin stresdən çıxarmaqdır”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov klubun rəsmi televiziyasında azarkeşlərin suallarını cavablandırarkən deyib.

43 yaşlı mütəxəssis çətin duruma düşmədiklərini bildirib: “Dünya dağılmayıb. Təzyiqlər udanda da, çempion olduqdan sonra da var idi. Komandanı bundan uzaq tutmağa çalışıram. Çünki hələ heç nə bitməyib. Yolumuza davam edirik. Depressiyaya girsək, onun altından çıxa bilməyəcəyik”.

Abasovun sözlərinə görə, “Qarabağ” və “Neftçi” arasında yerli futbolçular baxımından nəzərəçarpacaq fərqlər var: “Bu, həm keyfiyyət, həm də təcrübə baxımından özünü göstərir. Bunu aradan qaldırmağa çalışırıq. Çempionluqdan danışırıqsa, sabah bizim üçün göstərici “Qarabağ” kimi rəqiblərə qarşı oyunlar olacaq. Bu gün biz həmin tələblərə cavab vermirik. Bu, reallıqdır. Gənc futbolçularımızın səhv edə biləcəyini əvvəlcədən bilirik. “Qarabağ”ın bizi bu yöndə üstələdiyi göz qabağındadır”.

Baş məşqçi Ağdam klubuna 0:4 hesabı ilə uduzduqları Premyer Liqanın IX tur matçında braziliyalı hücumçu Tiaqo Bezzerranın start heyətində meydana çıxmalı olduğunu etiraf edib:

“Mirabdulla Abbasov meydana əvəzetmədən daxil olanda daha faydalı olur. Amma yerli oyunçu limitinə görə belə addım atdıq. Fiaskonu boynumuza alırıq. Lakin başqa cür oynaya bilməzdik. Heyətin tam formalaşması üçün vaxt lazımdır. Yerli futbolçularımız böyük oyunlarda təcrübə toplaya-toplaya inkişaf edəcəklər. Vəziyyətimiz faciəvi deyil. Doğru yoldayıq. Hazırkı komanda son illərin “Neftçi”sindən xeyli fərqlənir. Əvvəlki ruhumuz qayıdıb. Əhval-ruhiyyə əladır. Tənqiddən nəticə çıxaran futbolçularla işləyirik”.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri