8 
Noy
2021
11:24
176
8
859
yuxarı
Qətərdə Zəfər Gününə həsr olunmuş “Zəfər futbol turniri” keçirilib - FOTO/VİDEO
8 Noy, 2021
11:24
859
176
8
Qətərdə Zəfər Gününə həsr olunmuş “Zəfər futbol turniri” keçirilib - FOTO/VİDEO
Qətərdə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər futbol turniri” keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Doha şəhərində Azərbaycan və qardaş Türkiyə səfirliklərinin, eləcə də Qətərdə yaşayan Azərbaycan və Türkiyə icmalarının nümayəndələrinin iştirakı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər futbol turniri” keçirilib.
Qardaşlıq mühitində baş tutmuş dörd oyundan sonra Türkiyə Səfirliyinin komandası birinci yeri tutub.
Yarışın qalib və iştirakçıları kubok və medallarla mükafatlandırılıblar. Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov və qardaş Türkiyə Respublikasının Qətər Dövlətindəki səfiri Mustafa Göksu komandaların üzvlərini təbrik ediblər.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər İdman xəbərləri
11 
Avq
2022
23:00
V İslam Həmrəyliyi Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib - FOTO
113
11
527
11 
Avq
2022
21:58
İslamiada: Azərbaycan güləşçiləri daha yeddi medal qazanıblar - YENİLƏNİB
323
15
1618
11 
Avq
2022
20:10
İslamiada: Azərbaycan taekvondoçusu gümüş medalla kifayətlənib - YENİLƏNİB
353
20
1463