15 
Noy
2021
02:00
470
36
9240
Virtual karabakh

Serbiya və İspaniya DÇ-2022-də, Portuqaliya ilə İsveç pley-offa vəsiqə qazanıb - YENİLƏNİB + VİDEO

15 Noy, 2021
02:00
9240

Serbiya və İspaniya DÇ-2022-də, Portuqaliya ilə İsveç pley-offa vəsiqə qazanıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində axırıncı turun ilk oyun gününə yekun vurulub.

Son tur olaraq, A və B qruplarında 4 görüş keçirilib. Qarşılaşmaların yekununda Serbiya və İspaniya yığmaları qrup qalibləri kimi Qətərdə təşkil olunacaq dünya çempionatına birbaşa vəsiqə qazanıb.

A qrupunda Portuqaliya Serbiya ilə ev oyununda hesabı erkən qolla açsa da, sonda məğlubiyyətlə üzləşib. Əzmkar hesabla qalib gələn, Serbiya millisi xalını 21-ə çatdıraraq, 1-ci yeri tutub.

Qrupun digər görüşündə İrlandiya səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gələrək, "cırtdanlar"la eyni miqdarda - 9 xal toplayıb və vurulan-buraxılan topların fərqində daha yaxşı göstəriciyə malik olduğu üçün 3-cü pilləyə yüksəlib.

B qrupunda isə İspaniya İsveçi minimal hesabla yenib və xalını 19-a çatdıraraq, skandinaviyalılardan 4 xal aralanıb. Qrupun digər oyununda Yunanıstan evdə Kosovo ilə 1:1 hesablı heç-heçə edərək, 10 xalla 3-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa və Xorvatiya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb.

A qrupu

Lüksemburq – İrlandiya 0:3

Qollar: Şeyn Dafi, 67. Çidozi Oqbene, 75. Kalum Robinson, 88

Portuqaliya – Serbiya 1:2

Qollar: Renatu Sanşiş, 2 – Duşan Tadiç, 33. Aleksandar Mitroviç, 90

Xal durumu: Serbiya - 20, Portuqaliya - 17, İrlandiya - 9, Lüksemburq - 9, Azərbaycan - 1

B qrupu

Yunanıstan – Kosovo 1:1

Qollar: Yorqos Masuras, 44 – Amir Rrahmani, 76

İspaniya – İsveç 1:0

Qol: Alvaro Morata, 86

Xal durumu: İspaniya – 19, İsveç – 15, Yunanıstan – 10, Gürcüstan – 7, Kosovo – 5

23:26

2022-ci il dünya çempionatının seçmə mərhələsində daha bir qrup üzrə mübarizəyə yekun vurulub.

J qrupundakı qarşılaşmaların yekununda pley-offa vəsiqənin sahibinə də aydınlıq gəlib. Şimali Makedoniya yığması İslandiya üzərində 3:1 hesablı qələbə sayəsində 18 xalla qrupda 2-ci yeri tutub.

Rumıniya səfərdə Lixtenşteyni 2:0 hesabı ilə yenərək, 17 xalla 3-cü, öz meydanında Almaniyaya 1:4 hesabı ilə uduzan Ermənistan isə 12 xalla 4-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Almaniya millisi qrup qalibi kimi DÇ-2022-yə birbaşa vəsiqəyə yiyələnib.

DÇ-2022, seçmə mərhələ
X tur
14 noyabr

J qrupu

Lixtenşteyn – Rumıniya 0:2

Qollar: Denis Man, 8. Nikusor Banku, 87

Şimali Makedoniya – İslandiya 3:1

Qollar: Ezcan Alioski, 7. Elif Elmas, 65; 86 – Youn Daqur Torsteynson, 54

Qırmızı vərəqə: İsak Berqmann Yohaneson, 79 (İslandiya)

Ermənistan – Almaniya 1:4

Qollar: Henrix Mxitaryan, 59 (pen.) – Kay Haverts, 18, İlkay Gündoğan, 45+4 (pen.); 50. Yonas Hofmann, 64

Xal durumu: Almaniya – 27, Şimali Makedoniya – 18, Rumıniya – 17, Ermənistan – 12, İslandiya – 9, Lixtenşteyn – 1

20:08

Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatının seçmə mərhləsinin sonuncu turu çərçivəsində H qrupunda keçirilən qarşılaşmalar artıq başa çatıb.

Liderlərin mübarizəsində Xorvatiya öz meydanında Rusiyaya minimal hesabla qalib gəlib – 1:0. Oyunun 81-ci dəqiqəsində qonaqların futbolçusu Kudryaşov avtoqola imza atmaqla komandasının Dünya çempionatındakı iştirak arzularını sual altında qoyub. Bu nəticədən sonra xorvatlar qrup lideri kimi DÇ-yə qatılmaq hüququ əldə ediblər. Ruslar isə turnirə qatılmaq üçün play-off-da yarışacaqlar.

Slovakiya səfərdə autsayder Maltanı 6 cavabsız qolla darmadağın edərək qrupda mübarizəni üçüncü pillədə başa vurub 6:0.

Sloveniya isə digər autsayder Kiprdən üstün olsa da (2:1) yalnız dördüncü yeri tuta bilib.

DÇ-2022

X TUR

H qrupu

Xorvatiya – Rusiya 1:0

Malta – Slovakiya 0:6

Sloveniya – Kipr 2:1

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri