17 
Noy
2021
01:04
194
23
3351
Virtual karabakh

Azərbaycanın U-19 millisi seçmə mərhələni qələbə ilə başa vurub

17 Noy, 2021
01:04
3351

Azərbaycanın U-19 millisi seçmə mərhələni qələbə ilə başa vurub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Elxan Abdullayevin baş məşqçi olduğu kollektiv 8-ci qrupdakı 3-cü sınağında Lüksemburq yığması ilə qarşılaşıb. Vilts şəhərindəki “Poetz” stadionunda oynanılan görüş Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın heyətində qolları 23-cü dəqiqədə Mirmövsüm Canıyev və 77-ci dəqiqədə Mehrac Baxşəli vurublar.

Beləliklə, ilk iki qarşılaşmada Belçika və İspaniyaya uduzan milli komanda bu qalibiyyət sayəsində qrupu 3-cü sırada başa vurub.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri