18 
Noy
2021
23:51
603
56
4522
Virtual karabakh

Şahmat üzrə Avropa çempionatı: Kişilər Ermənistanla heç-heçə etdi, qadınlar İtaliyaya qalib gəldi – YENİLƏNİB

18 Noy, 2021
23:51
4522

Şahmat üzrə Avropa çempionatı: Kişilər Ermənistanla heç-heçə etdi, qadınlar İtaliyaya qalib gəldi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın qadın şahmatçılardan ibarət komandası Sloveniyanın Terme Çatej kurort mərkəzində keçirilən Avropa çempinonatında növbəti görüşünü keçirib.

Oxu.Az xəbər verir ki, VI turda İtaliya seçməsi ilə üz-üzə gələn kolektiv rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib. Yeganə qələbəni Ülviyyə Fətəliyeva qazanıb.

Avropa çempionatı
18 noyabr
Qadınlar

İtaliya – Azərbaycan 1,5:2,5
Marina Brunello – Günay Məmmədzadə 0,5:0,5
Olqa Zimina – Gülnar Məmmədova 0,5:0,5
Tea Queçi – Xanım Balacayeva 0,5:0,5
Daniela Movilyanu – Ülviyyə Fətəliyeva 0:1

22:13

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında VI turun görüşləri keçirilib.

Oxu.Az xəbər verir ki, ilk 5 turu 3 qələbə və 2 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Ermənistanla qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Avropa çempionatı, VI tur
18 noyabr
Kişilər
Azərbaycan – Ermənistan 2:2

Şəhriyar Məmmədyarov – Qabriel Sarqisyan 0,5:0,5
Teymur Rəcəbov – Hayk Martirosyan 0,5:0,5
Rauf Məmmədov – Robert Hovannisyan 0,5:0,5
Nicat Abbasov – Samvel Ter-Sahakyan 0,5:0,5

15:48

Sloveniyanın Brejitse şəhəri yaxınlığındakı Terme Çatej kurort mərkəzində keçirilən şahmat üzrə Avropa çempionatında kişi və qadın millilərimizin VI turda oynayacaq heyəti bəlli olub.

Oxu.Az xəbər verir ki, bu gün kişilərdən ibarət komandamız prinsipial görüş olan Ermənistana, qadın millimiz isə İtaliyaya qarşı aşağıdakı heyətlə mübarizə aparacaq:

Kişilər. Azərbaycan – Ermənistan

Şəhriyar Məmmədyarov (ağ fiqurlarla) – Qabriel Sarqisyan

Teymur Rəcəbov (qara) – Hayk Martirosyan

Rauf Məmmədov (ağ) – Robert Hovannisyan

Nicat Abbasov (qara) – Samvel Ter-Sahakyan

Qadınlar. İtaliya – Azərbaycan

Marina Brunello – Günay Məmmədzadə (qara fiqurlarla)

Olqa Zimina – Gülnar Məmmədova (ağ)

Tea Queçi – Xanım Balacayeva (qara)

Daniela Movilyanu – Ülviyyə Fətəliyeva (ağ)

Qeyd edək ki, bu görüşədək Azərbaycan və Ermənistan 8 xala malikdir. Əlavə əmsallara görə, Azərbaycan ikinci, Ermənistan beşincidir.

Qadınlarda isə Azərbaycan və İtaliya 7 xala malik olsa da, yığmamız beşinci, italyanlar altıncıdır.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri