19 
Noy
2021
19:32
207
42
2043
Virtual karabakh

Nazir Avropa çempionlarını qəbul etdi

19 Noy, 2021
19:32
2043

Nazir Avropa çempionlarını qəbul etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün gənclər və idman naziri Fərid Qayıbov taekvondo üzrə gənclər arasında Avropa birinciliyinin qalibləri və onların məşqçiləri ilə görüşüb.

Oxu.Az xəbər verir ki, görüşdə Bosniya Herseqovinada  keçirilmiş qitə birinciliyində çempion olmuş Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq), həmçinin bürünc medalçı Pünhan Mürsəlov (45 kq) iştirak edib.

Nazir Fərid Qayıbov ölkəmizi layiqincə təmsil etmiş gənc idmançılarımızı təbrik edib, onlara qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət yığma komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Zahid Məmmədov da iştirak edib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri