22 
Noy
2021
11:38
76
32
2104
Virtual karabakh

Azərbaycan – Rusiya futbol matçının hakimləri bəlli oldu

22 Noy, 2021
11:38
2104

Azərbaycan – Rusiya futbol matçının hakimləri bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qadın futbolçular arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Azərbaycan – Rusiya matçının hakimləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, noyabrın 25-də keçiriləcək qarşılaşmanı Rumıniyadan olan hakimlər briqadası idarə edəcək.

“Dalğa Arena”dakı matçın baş hakimi Yonela Alina Peşu olacaq. Ona Petrutse Klaudia Yuqulesku və Mihaela Elena Sepuşe kömək edəcək. Dördüncü hakim funksiyası Kristina Mariana Trandafirə tapşırılıb.

Qeyd edək ki, bu matç saat 19:00-da başlayacaq.

Xatırladaq ki, E qrupunda Azərbaycan millisi keçirdiyi bütün 4 görüşdə uduzub və sonuncu pillədə qərarlaşıb. Rusiya isə Danimarka ilə birgə 12 xalla qrupda ilk iki sıranı bölüşdürür. Komandamız sentyabrın 17-də Moskvada bu rəqibinə 0:2 hesabı ilə uduzub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri