23 
Noy
2021
14:00
98
22
2106
Virtual karabakh

Çempionlar Liqası: “Çelsi” “Yuventus”dan revanş almaq və pley-offa çıxmaq arzusunda

23 Noy, 2021
14:00
2106

Çempionlar Liqası: “Çelsi” “Yuventus”dan revanş almaq və pley-offa çıxmaq arzusunda

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında V tura start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında matçlar keçiriləcək.

“Vilyareal” – “Mançester Yunayted”, “Lill” – “Zalsburq” və “Çelsi” – “Yuventus” matçlarının nəticələri qrup liderliyi uğrunda vacib əhəmiyyət kəsb edir.

Təbii ki, ad olaraq Londonda keçiriləcək “Çelsi” – “Yuventus” matçı daha cəzbedici səslənir. İngiltərə Premyer Liqasının hazırkı lideri A Seriyasından fərqli, Çempionlar Liqasında uğurlu çıxış edən “Yuventus”a Turində 0:1 hesabı ilə uduzub. “Çelsi” öz meydanında 2 top fərqi ilə qalib gəlsə, xalları bərabərləşdirmiş və şəxsi oyuna görə liderliyi ələ almış olacaq. Bu qələbə həm də “Çelsi”ni növbəti mərhələyə çıxaracaq.

Oyun öncəsi “Çelsi”də Mateo Kovaçiç, “Yuventus”da Fernardo Bernardeski, Corco Kyellini, Danilo, Mattia De Şilyo və Aaron Remzinin zədə üzündən oynamayacağı dəqiqdir. “Çelsi”də hücum xəttinin üzvləri – Kay Haverts, Romelu Lukaku və Timo Vernerin oynaması isə sual altındadır.

Həmçinin “Barselona” – “Benfika”, “Vilyareal” – “Mançester Yunayted” və “Lill” – “Zalsburq” matçlarının qalibləri pley-offa vəsiqəni öncədən təmin etmiş olacaq.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

23 noyabr

E qrupu

21:45 “Dinamo” (Ukrayna) – “Bayern” (Almaniya)

00:00 “Barselona” (İspaniya) – “Benfika” (Portuqaliya)

1. “Bayern” – 12

2.Barselona” – 6

3. “Benfika” – 4

4. “Dinamo” – 1

 

F qrupu

21:45 “Vilyareal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)

00:00 “Yanq Boyz” (İsveçrə) – “Atalanta” (İtaliya)

1. “Mançester Yunayted” – 7

2. “Vilyareal” – 7

3. “Atalanta” – 5

4. “Yanq Boyz” – 3

 

G qrupu

00:00 “Lill” (Fransa) – “Zalsburq” (Avstriya)

00:00 “Sevilya” (İspaniya) – “Volfsburq” (Almaniya)

1. Zalsburq” – 7

2. “Lill” – 5

3. “Volfsburq” – 5

4. “Sevilya” – 3

 

H qrupu

00:00 “Malmö” (İsveç) – “Zenit” (Rusiya)

00:00 “Çelsi” (İngiltərə) – “Yuventus” (İtaliya)

1. “Yuventus” – 12

2.Çelsi” – 9

3. “Zenit” – 3

4. “Malmö” – 0

Qeyd edək ki, Çempionlar Liqasında Almaniyanın “Bayern”, İtaliyanın “Yuventus”, İngiltərənin “Liverpul” və Niderlandın “Ayaks” klublarının pley-offa adlaması ötən tur dəqiqləşib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri