23 
Noy
2021
21:24
409
27
4883
Virtual karabakh

Messi Ronaldu barədə danışdı: “Bu gözəl xatirə futbol tarixində qalacaq”

23 Noy, 2021
21:24
4883

Messi Ronaldu barədə danışdı: “Bu gözəl xatirə futbol tarixində qalacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

PSJ-nin hücumçusu Lionel Messi “Mançester Yunayted”də çıxış edən həmkarı Kriştianu Ronaldu haqqında danışıb.

“Kriştianunun oyunu haqqında nə düşünürəm? “Yunayted” çox güclü komandadır, əla oyunçuları var. Ronaldu artıq klubu tanıyırdı, lakin bu, başqa dövrdə idi. O, indi çox yaxşı uyğunlaşıb. Həmişəki kimi əvvəlcədən qollar vurdu və adaptasiya problemi yaşamadı. Premyer Liqada işlər o qədər də sadə deyil, hər an hər şeyin dəyişə biləcəyi çox çətin turnirdir. Xüsusilə dekabrdan sonra vəziyyət dəyişir, o zaman hər şey ola bilər.

Ronaldo ilə üz-üzə oyunlar üçün darıxıram? Uzun müddətdir ki, eyni liqada çıxış etmirik. Eyni hədəflər uğrunda həm fərdi, həm də komanda səviyyəsində rəqabət aparırdıq. Bu, bizim üçün, azarkeşlər üçün çox gözəl xatirə idi və bu gözəl xatirə futbol tarixində qalacaq”, - deyə Messi bildirib.

Mənbə: “Marca”

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri