23 
Noy
2021
23:46
150
15
2684
Virtual karabakh

ÇL: “Mançester Yunayted”lə, “Bavariya” səfərdə qələbə qazandılar - VİDEO

23 Noy, 2021
23:46
2684

ÇL: “Mançester Yunayted”lə, “Bavariya” səfərdə qələbə qazandılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün UEFA Çempionlar Liqasında V tura start verilib.

Oxu.Az xəbər verir ki, ilk gündə E, F, G və H qruplarında keçiriləcək matçlardan artıq ikisi başa çatıb.

E qrupunda artıq növbəti mərhələyə çıxışını təmin etmiş Münhen “Bavariya”sı Kiyevdə qrupun autsayderi yerli “Dinamo”nun qonağı olub. Oyun gözlənildiyi kimi almanların qələbəsilə yekunlaşıb – 1:2.

“Vilyareal” – “Mançester Yunayted” matçı isə qrup liderliyi və pley-offa erkən çıxış baxımından əhəmiyyət kəsb edib. Gərgin keçən qarşılaşmada Ronaldu və Sançonun qolları həlledici olub. Səfərdə rəqibinə iki cavabsız topla qalib gələn Premyer Liqa klubu qrupda liderliyi ələ keçirərək Almaniyanın “Bayern”, İtaliyanın “Yuventus”, İngiltərənin “Liverpul” və Niderlandın “Ayaks” klublarının ardından növbəti məhrələyə vəsiqəni təmin edib – 2:0.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

23 noyabr

E qrupu

“Dinamo” (Ukrayna) – “Bayern” (Almaniya) 1:2

F qrupu

“Vilyareal” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) 0:2

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri