24 
Noy
2021
18:33
73
183
4081
Virtual karabakh

Operativ Qərargah daha bir yarışın keçirilməsinə razılıq verdi - FOTO

24 Noy, 2021
18:33
4081

Operativ Qərargah daha bir yarışın keçirilməsinə razılıq verdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti yanında Operativ Qərargah daha bir qapalı zalda yarışın keçirilməsinə icazə verib.

Oxu.Az-a Bakı Su İdmanı Sarayından verilən xəbərə görə, noyabrın 26-da üzgüçülük üzrə Azərbaycan çempionatı start götürəcək.

3 gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək.

Su İdmanı Sarayında baş tutacaq çempionata saat 17:00-da start veriləcək.

Qeyd edək ki, dünən güləş üzrə Azərbaycan çempionatının 7-9 dekabr tarixlərində keçiriləcəyi məlum olmuşdu.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri