25 
Noy
2021
11:02
197
17
2919
Virtual karabakh

Konfrans Liqası: “Qarabağ” qrup birinciliyini qorumaq üçün Kipr komandasına qarşı

25 Noy, 2021
11:02
2919

Konfrans Liqası: “Qarabağ” qrup birinciliyini qorumaq üçün Kipr komandasına qarşı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avropa Konfrans Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, H qrupunda “Qarabağ” Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda rəqibin heç bir iddiası olmasa da, Ağdam komandasının qrup birinciliyi baxımından qələbə qazanması lazım gələcək. Ötən tur növbəti mərhələyə vəsiqəni öncədən təmin etmiş Ağdam komandası Kiprdə keçirilmiş ilk matçda bu rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Bu matçda Azərbaycan Premyer Liqasının hazırkı lideri “Qarabağ”da Bədəvi Hüseynov və Xayme Romero, “Omoniya”da İoannis Kusulos zədə səbəbindən oynaya bilməyəcək.

Avropa Konfrans Liqası

25 noyabr

H qrupu

21:45 “Qarabağ” – “Omoniya” (Kipr) 4:1

Hakimlər: Morten Ko, Nils Hu, Stefen Bek Bramsen, Yön Burkhardt (hamısı Danimarka)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

1. “Qarabağ” – 10

2. “Bazel” – 8

3. “Omoniya” – 2

4. “Kayrat” – 1

Qeyd edək ki, bu qrupda Bakı vaxtı ilə saat 19:30-da Qazaxıstanın Almatı şəhərində qrup birinciliyinə iddialı olan İsveçrənin “Bazel” klubu “Kayrat”ın qonağı olacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri