25 
Noy
2021
17:32
270
52
1382
Virtual karabakh

Azərbaycanlı Olimpiya çempionu qadınlara qarşı zorakılığı pisləyən kampaniyaya qoşuldu - FOTO

25 Noy, 2021
17:32
1382

Azərbaycanlı Olimpiya çempionu qadınlara qarşı zorakılığı pisləyən kampaniyaya qoşuldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunan-Roma güləşi üzrə Olimpiya və ikiqat dünya çempionu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov “Neftçi” Peşəkar Futbol Klubuna dəstək olub.

Oxu.Az-ın xəbərinə görə, o, “Neftçi” klubu tərəfindən göndərilmiş narıncı formanı qəbul edərək paylaşım edib:

“27 noyabr saat 18:15-də “Neftçi” komandası “Səbail” ilə baş tutacaq matça qadınlara qarşı #ZorakılığaSon demək üçün narıncı rəngdə formalarla çıxacaq. Bu təşəbbüsü alqışlayıram və mübarizədə mən də onların yanındayam. Hər kəsi bu görüşdə gözləyəcəyəm”.

Qeyd edək ki, “Neftçi” klubu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edərək 25 noyabr - 10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş “16 günlük fəallıq” kampaniyası çərçivəsində Premyer Liqanın XII turu çərçivəsində keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq və #ZorakılığaSon deyəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri