25 
Noy
2021
23:43
304
127
8743
Virtual karabakh

Konfrans Liqası: “Qarabağ” “Omoniya” ilə matçda qələbəni əldə verib - YENİLƏNİB + FOTO/VİDEO

25 Noy, 2021
23:43
8743

Konfrans Liqası: “Qarabağ” “Omoniya” ilə matçda qələbəni əldə verib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu doğma meydanda Kiprin “Omoniya” komandasıni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan görüşün birinci hissəsinin 43-cü dəqiqəsində qonaq komanda onbirmetrlik cərimə zərbəsindən hesabı açıb. Kipr təmsilçisinin heyətində Mixal Dyuriş fərqlənib. Qarşılaşmanın 49-cu dəqiqəsində "Omoniya"nın futbolçusu Paris Pslatis topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib. Oyunun 88-ci dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade fərqlənsə də qonaq komanda 90-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Beləliklə, "Qarabağ" - "Omoniya" matçında qalib müəyyənləşməyib - 2:2.

Oyunu danimarkalı FIFA referisi Morten Krox idarə edib.

Qrupun digər matçında isə İsveçrənin "Bazel" klubu səfərdə "Kayrat"ı 3:2 hesabı ilə məğlub edib.

Hazırda "Bazel" klubu 11 xalla birinci pillədə qərarlaşıb. Onunla eyni xala malik olan "Qarabağ" ikincidir. 3 xalı olan "Omoniya" üçüncü, 1 xalı olan "Kayrat" isə qrupda sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA  Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.

23:37

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda dördüncü qol vurulub. 

90-cı dəqiqədə Jordi Qomes tarazlığı bərpa edib - 2:2.

23:23

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda üçüncü qol vurulub. 

Ağdam təmsilçisi 88-ci dəqiqədə hesabda önə keçib 2:1

Patrik Andrade rəqibi növbəti dəfə mərkəzə dəvət edib.

23:21

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda hakim oyunçuya qırmızı vərəqə göstərib. 

Matçın 65-ci dəqiqəsində oyunun baş hakimi "Omoniya"nın futbolçusu Kikoya ikinci sarı vərəqə göstərərək, oyunçunu oyundan qovub.

22:55

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda ikinci qol vurulub. 

Ağdam təmsilçisi 49-cu dəqiqədə tarazlığı bərpa edib - 1:1.

Paris Psaltis avtoqol müəllifi olub.

22:31

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda hesab açılıb. 

Nikosiya təmsilçisi 43-cü dəqiqədə önə keçib - 0:1.

Qonaqların heyətində Mixal Dyuriş penaltini dəqiq yerinə yetirib. Komandalar fasilələyə bu hesabla yollanıblar. 

21:46

"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunu start götürüb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 21:45-də başlayıb.

Görüşü danimarkalı FIFA referisi Morten Krox idarə edir.

FOTO: Firudin Səlimov

20:44

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda Bakıda üz-üzə gələcək "Qarabağ" və Kipr "Omoniya"sının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

Baş məşqçi: Qurban Qurbanov

"Omoniya": 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Dyuriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Haralambos Haralambus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos

Ehtiyat oyunçular: 74. Katsper Horonjka, 4. Şehu Abdullahi, 8. İyayi Atimven, 13. Fotis Papulis, 15. Tomaş Quboçan, 16. Jordi Qomes, 17. Yan Letsyaks, 21. Marinos Tsionis, 42. Mikkel Diskerud, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 82. Andreas Evangelu

Baş məşqçi: Henninq Berq

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri