26 
Noy
2021
00:52
9
143
1889
Virtual karabakh

Heninq Berq: “Biz nəticədən şikayətçi deyilik”

26 Noy, 2021
00:52
1889

Heninq Berq: “Biz nəticədən şikayətçi deyilik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın yaxşı komanda olduğunu hələ birinci oyundan bilirdik. Əla keyfiyyətə malik oyunçuları var. Bu rəqibə qarşı 10 nəfərlə oynamaq çətindir. Müdafiədən oynadıq, qol epizodlarımız oldu, gözəl qollar vurduq. Oyunçularımın təcrübə toplaması üçün yaxşı matç oldu. Biz nəticədən şikayətçi deyilik”.

Oxu.Az-ın xəbərinə görə, bunu Kiprin “Omoniya” klubunun baş məşqçisi Heninq Berq deyib.

Bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin “Qarabağ” – “Omoniya” oyunu keçirilib. Görüş 2:2 hesabı ilə başa çatıb.

Norveçli məşqçi matçla bağlı aşağıdakı fikirləri bildirib:

 “Referinin qərarları barədə çox danışmaq istəmirəm. O bizim oyunçuya da ikinci sarı vərəqəni niyə verdi bilmədim. Biz azlıqda uzun müddət oynamalı olduq. Referinin bizə tərəfkeşlik etməsi barədə fikirləri qəbul etmirəm.

Sevinirəm ki, qrup liderlərinə qarşı hər iki səfər matçından məğlub ayrılmadıq. Qələbə üçün oynadıq. Ancaq qazandığımız heç-heçə də əla nəticədir.

Rəqib qapıçının irəli çıxması hər zaman köməyimizə çatmasa da, bu dəfə işimizə yaradı. Məsələn, PSV ilə oyunda da belə bir imkanımız olmuşdu”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri