26 
Noy
2021
00:55
270
32
4352
Virtual karabakh

Qurban Qurbanov: “Bu oyundakı hakimlik bizə “İnter”lə matçı xatırlatdı”

26 Noy, 2021
00:55
4352

Qurban Qurbanov: “Bu oyundakı hakimlik bizə “İnter”lə matçı xatırlatdı”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qələbə qazanmaq istəyirdik. Ancaq qismət olmadı. İndi çalışıb İsveçrədə “Bazel”ə qarşı qrup lideri olmaq üçün mübarizə aparacağıq. Oyundan sonra futbolçularımı gözəl oyuna görə təbrik etdim”.

Oxu.Az-ın xəbərinə görə, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Bu gün Avropa Konfrans Liqasının qrup mərhələsinin “Qarabağ” - “Omoniya” oyunu keçirilib. Görüş 2:2 hesabı ilə başa çatıb. Qurban Qurbanov matçla bağlı aşağıdakı fikirləri bildirib:

“Qapıçının səhvindən danışmağa, məncə, dəyməz. Biz həmişə ona müdafiədə kömək etməyi tapşırırıq. Bu qolda Şahruddinin səhvindən çox, Xordi Qomesin ustalığını mən qeyd edərdim. Gözəl qol vurdu. Şahruddinə isə bu qola görə heç nə demədim. Əksinə, ona ürək-dirək verdim. Baş hakimin ilk qrup matçı idi. Bu baxımdan təcrübəsiz idi. Qırmızı vərəqə verdikdən sonra sanki bunu kompensasiya etmək istəyirdi. Onun idarəçiliyi birtərəfli idi. Bizim sayılmayan qolumuz və verilməyən penaltimiz oldu. Təkrara baxdıq, hakimlikdə səhv olub. Gələcəkdə belə səhvlər etməsə, yaxşı olar. Bu matç bizə “İnter”lə (Milan) oyunu xatırlatdı”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri