26 
Noy
2021
02:05
52
118
4387
Virtual karabakh

Avroliqa: “Fənər” qrupda qaldı, “Legiya” uduzdu

26 Noy, 2021
02:05
4387

Avroliqa: “Fənər” qrupda qaldı, “Legiya” uduzdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının qrup mərhələsində V turun qalan oyunları başa çatıb.

C qrupunda millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” klubu “Lester”in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 3:1-lik üstünlüyü ilə başa çatıb.

Xatırladaq ki, komandalar arasında Polşada keçirilən ilk görüşdə “Legiya” minimal hesabla qələbə qazanmışdı. Komandanın qolunu məhz yığmamızın üzvü vurmuşdu.

D qrupunda isə “Fənərbağça” səfərdə “Olimpiakos”la qarşılaşıb. Türkiyə klubu son dəqiqlərdə buraxdığı yeganə qolla qrupdan çıxma şanslarını da itirib - 1:0.

A qrupu

“Bröndbü” (Danimarka) – “Lion” (Fransa) 1:3

“Reyncers” (Şotlandiya) – “Sparta” (Praqa, Çexiya) 2:0

B qrupu

“Monako” (Fransa) – “Real Sosyedad” (İspaniya) 2:1

PSV (Eyndhoven, Niderland) – “Şturm” (Qrats, Avstriya) 2:0

C qrupu

“Lester” (İngiltərə) – “Legiya” (Polşa) 3:1

D qrupu

“Ayntraxt” (Frankfurt, Almaniya) – “Antverpen” (Belçika) 2:2

“Olimpiakos” (Yunanıstan) – “Fənərbağça” (Türkiyə) 1:0

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri